çərşənbə axşamı, 12 avqust 2025

BİZİM FUTBOL

Millimizin futbolçusu ÇL-də oynayacaq

16.10.2020 16:44 Oxundu 530

Türkiyənin “Başakşəhər” klubu Çempionlar Liqasının qrup mərhələsi üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

“CEMPİON.AZ” xəbər verir ki, siyahıda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının müdafiəçisi Əmrə Kaplan da yer alıb.

İstanbul təmsilçisi ümumilikdə 24 oyunçunun adını sifariş edib. 19 yaşlı milliləşdirilmiş oyunçu bu turnirdə 77 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Başakşəhər” H qrupunda PSJ (Fransa), "Mançester Yunayted" (İngiltərə) və "Leypsiq"lə (Almaniya) mübarizə aparacaq.