çərşənbə axşamı, 12 avqust 2025

DÜNYA FUTBOLU

“Trabzonspor”da yoluxma qeydə alınıb

16.10.2020 16:11 Oxundu 536

 Türkiyənin “Trabzonspor” klubunda koronavirus testinin nəticələri açıqlanıb.

“CEMPİON.AZ” xəbər verir ki, Qara dəniz təmsilçisinin bir futbolçusu virusa yoluxub.

Klub işçiləri, məşqçilər korpusu və futbolçu heyətindən götürülən testin nəticəsi yalnız bir oyunçuda pozitiv çıxıb. Adı açıqlanmayan həmin futbolçu artıq təcrid olunub.

Qeyd edək ki, “Trabzonspor” Super Liqanın V turu çərçivəsində oktyabrın 17-də “Başakşəhər”lə qarşılaşmalıdır.