çərşənbə, 18 iyun 2025

DİGƏR NÖVLƏR

Azərbaycan Qran-Prisinin vaxtı açıqlandı

16.10.2020 18:34 Oxundu 521

 Formula 1-in 2021-ci il mövsümünün ilkin təqvimi açıqlanıb.

“CEMPİON.AZ” “F1i” nəşrinə istinadla xəbər verir ki, sayca 4-cü olan Azərbaycan Qran-Prisi aprelin 25-də keçirilə bilər. Dünya çempionatının birinci yarışının isə Bəhreyndə martın 14-də təşkili nəzərdə tutulub. Melburndakı mərhələ isə oktyabra təxirə salınıb.

Mövsüm dekabrda Əbu-Dabi Qran-Prisi ilə başa çatacaq.

Gələnilki mövsümdə dünya çempionatı çərçivəsində ümumilikdə, 22 Qran-Pri - Bəhreyn (14 mart), Vyetnam (28 mart), Çin (11 aprel), Azərbaycan (25 aprel), Niderland (2 may), İspaniya (9 may), Monako (23 may), Kanada (6 iyun), Avstriya (20 iyun), Fransa (27 iyun), Britaniya (11 iyul), Macarıstan (25 iyul), Belçika (29 avqust), İtaliya (5 sentyabr), Rusiya (19 sentyabr), Sinqapur (26 sentyabr), Yaponiya (10 oktyabr), Avstraliya (24 oktyabr), ABŞ (7 noyabr), Meksika (14 noyabr), Səudiyyə Ərəbistanı (28 noyabr), Əbu-Dabidə (5 dekabr) yarışları baş tutacaq.