16.10.2020 20:50
470
470

"Mançester Siti"nin futbolçusu Kevin De Brüyne İngiltərə Premyer Liqasının 5-ci turunda "Arsenal"la oyunu (17 oktyabr) buraxacaq.
“CEMPİON.AZ” "BBC"yə istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Pep Qvardiola məlumat verib. O, Belçika millisinin düşərgəsində zədələnən 29 yaşlı yarımmüdafiəçinin durumunun ciddi olmadığını bildirib:
"Amma düşünürəm ki, o, növbəti matçları da buraxacaq. Nələrin olacağını görəcəyik".