çərşənbə axşamı, 12 avqust 2025

DÜNYA FUTBOLU

Ronaldo: “Protokola hörmət edirəm

16.10.2020 22:41 Oxundu 487

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo koronavirus qaydalarını pozduğu xəbərlərinə münasibət bildirib.

“CEMPİON.AZ” xəbər verir ki, koronavirusa yoluxan 35 yaşlı hücumçu "Football Italia" nəşrinə açıqlamasında bütün qaydalara riayət etdiyini söyləyib. O, İtaliyaya xüsusi təyyarə ilə qayıtdığını vurğulayıb:

"Ailəm evin başqa bir mərtəbəsində qalır, bir-birimizlə əlaqə qurmuruq. Vaxt keçsin deyə günəş vannası qəbul edirəm. Protokola hörmət edirəm. Deyilənlər yalandır, protokolu pozmamışam. Təcili yardımla İtaliyaya qayıtdım və Turində də heç kimlə əlaqə qurmadım".

Qeyd edək ki, oktyabrın 13-də Kriştiano Ronaldoda koronavirus aşkarlanıb.