çərşənbə axşamı, 12 avqust 2025

DÜNYA FUTBOLU

“Barsa”nın qapıçısı “Real”la oyunu buraxacaq

17.10.2020 12:38 Oxundu 723

 
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen “El-Klassiko”nu buraxacaq.
 
“CEMPİON.AZ” İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə baş məşqçi Ronald Kuman danışıb.
 
57 yaşlı mütəxəssis əməliyyatdan sonra bərpa prosesi keçən qolkiperin “Real”la oktyabrın 24-də keçiriləcək matçda meydana çıxa bilməyəcəyini bildirib. Çalışdırıcı almaniyalının meydanlara qayıtma tarixinin dəqiq bilinmədiyini vurğulayıb.
Qeyd edək ki, "Barselona" - "Real" görüşü Bakı vaxtı ilə 18:00-da start götürəcək.