cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

 “Keşlə”dən heç-heçə, “Qarabağ” qələbə qazandı - Yenilənir

17.10.2020 14:26 Oxundu 1639



Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.
 
“CEMPİON.AZ” xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. 
 
"Keşlə" "Səbail"in qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.  Bu nəticədən sonra "Keşlə" 9 xalla 2-ci, "Səbail" 4 xalla 7-ci pillədə qərarlaşıb.
 
Günün digər oyununda son çempion "Qarabağ" "Qəbələ"ni qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə Ağdam klubu turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
 
 Qeyd edək ki, bu turun “Neftçi” – “Sabah” və “Sumqayıt” – “Zirə” matçları sabah keçiriləcək.
 
Azərbaycan Premyer Liqası
6-cı tur
17 oktyabr
 
16:00. "Qarabağ" - "Qəbələ"- 3:0
Qollar: 
Donald Gerye, 44, Patrik Andrade, 89-pen, Toral Bayramov, 90+1
Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev.
Bakı. "Azersun Arena"

14:00. "Səbail" - "Keşlə" 1:1 
Qollar: Rəhman Hacıyev, 49 (0:1), Bahadur Həziyev,1 (1:1)
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov.
Bakı. "ASCO Arena"
 
18 oktyabr
14:00. “Neftçi” – “Sabah”
16:00. “Sumqayıt” – “Zirə”

 
N Klublar O Q H M T-F X
1 Zirə 5 3 1 1 7-6 10
2 Keşlə 6 2 3 1 6-4 9
3 Qarabağ 5 2 2 1 8-4 8
4 Sumqayıt 5 2 2 1 7-5 8
5 Neftçi 5 2 1 2 5-6 7
6 Sabah 5 2 0 3 6-6 6
7 Səbail 5 1 1 3 6-8 4
8 Qəbələ 6 0 4 2 3-9 4

Bombardirlər:
Əli Qurbani ("Sumqayıt") - 5 qol
Namiq Ələsgərov ("Neftçi") - 3 qol
Davit Volkov ("Zirə") - 3 qol
Mahir Emreli ("Qarabağ") - 2 qol
Ovusu Kvabena ("Qarabağ") - 2 qol
Ramil Şeydayev ("Sabah") - 2 qol
Rauf Əliyev ("Səbail") - 2 qol
Klesio Bauk ("Zirə") - 2 qol
Silvio Rodriqes ("Keşlə") - 2 qol