cümə, 04 iyul 2025

DÜNYA FUTBOLU

Suares La Liqada ikinci oldu

18.10.2020 10:58 Oxundu 527

 
“Atletiko"nun hücumçusu Luis Suares keçmiş komanda yoldaşı “Barselona”nın kapitanı Lionel Messini üstələməyi bacarıb.

“CEMPİON.AZ” xəbər verir ki 33 yaşlı hücumçu buna La Liqanın 5-ci turunda “Selta” ilə matçın 6-cı dəqiqəsində (2:0) fərqlənməklə nail olub.

Çempionatda 195-ci oyununu keçirən Suares özünün La Liqadakı 150-ci qolunu vurub.

Uruqvaylı futbolçu belə nəticə ilə Messini qabaqlayaraq, ikinci olub.

Qeyd edək ki, L. Suares qolların sayına görə yalnız "Real Madrid"ın sabiq oyunçusu  çıxış Kriştiano Ronaldodan geri qalır.