çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

İbrahimoviç: “Heyətdə hamıdan yaşlıyam”

18.10.2020 17:19 Oxundu 414


“Milan” 4 il idi derbidə qalib gəlmirdi. Mən iki həftə evdə ilişib qalmışdım”.

 “CEMPİON.AZ” xəbər verir ki, bunu İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç deyib.
 
A seriyasında ardıcıl 4-cü qələbəsini qazanan “rossonyeri” “İnter”i 2:1 hesabı ilə məğlub edərək zirvədə möhkəmlənib. 39 yaşlı isveçli komandasının çempionluq iddiasından danışıb: “Buna görə çox acmışdım və ac olmağım bu qarşılaşmada həlledici rol oynadı. Qapıçının penaltini qaytarmasına üzgünəm. Amma əsas komandamın qələbəsi idi. Heyətdə hamıdan yaşlıyam, bu üzdən də böyük məsuliyyət daşıyıram. Onların məndən nümunə götürməsi və qələbəyə ac olmaları hissi xoşuma gəlir. Bura gələndə məqsəd avrokuboklara düşmək idi ki, bunu da bacardıq. Həqiqətən də skudetto qazana biləcəyimizi düşünürəm. Çünki əgər inanmırsınızsa, nail ola bilməzsiniz. Amma qarşıda hələ uzun yol var”.
 
Qeyd edək ki, “Milan” rəhbərliyi isveçli hücumçuya yeni müqavilə təklif etməyə qərar verib. İtaliyalılar 39 yaşlı veteranla daha bir illik anlaşma imzalamaq fikrindədir.