cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

“Milan” qələbələri sıralayır

18.10.2020 18:09 Oxundu 406

 
“Milan” İtaliyanın A seriyasında startda ardıcıl 4-cü qələbəsini qazanıb.

 “CEMPİON.AZ” xəbər verir ki, IV turda “İnter”i derbidə 2:1 hesabı ilə məğlub edən “rossonyeri” son 25 ildə ilk dəfə belə starta imza atıb.
 
“Milan” sonuncu dəfə 1995/96 mövsümündə A seriyasına 4 qələbə ilə başlayıb. Həmin vaxt Fabio Kapellonun çalışdırdığı komanda çempion titulunu qazanıb.