çərşənbə axşamı, 12 avqust 2025

DÜNYA FUTBOLU

Nazarov oynamadı, komandası qələbə qazandı

19.10.2020 11:36 Oxundu 492



Almaniya 2-ci Bundesliqasında 4-cü turun oyunları keçirilib.

"CEMPİON.AZ"  xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovunun çıxış etdiyi "Ersgebirge” doğma meydanda “Haydenhaym”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Nazarov bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

4 turdan sonra 7 xala malik “Ersgebirge” 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.