çərşənbə axşamı, 12 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ”dan rekord...

19.10.2020 11:48 Oxundu 520

 
“Qarabağ” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu, 6-cı turun “Qəbələ” ilə ev qarşılaşmasına təsadüf edib.

Ağdam təmsilçisi 3:0 hesablı qələbə əldə edib. "Köhlən atlar" ölkə çempionatlarında 108-ci dəfə üç və ya daha çox top fərqilə qalib gəlib. “Qarabağ” qatıldığı 29 mövsümdən 27-də hesabına böyükhesablı qələbə yazıb. Əyalət təmsilçisi yalnız 1993 və 2005/06 mövsümündə belə nəticə əldə etməyib. Ağdam klubu bununla da “Neftçi”nin rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi 27 müxtəlif mövsümdə böyük hesabla qalib gəlməyi bacarıb.