cümə, 26 dekabr 2025

DÜNYA FUTBOLU

“Qarabağ”la oyunu buraxacaq

19.10.2020 12:25 Oxundu 516


Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Sivasspor" itki ilə üzləşib.

“CEMPİON.AZ” Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Erdoğan Yeşilyurt Superliqanın 5-ci turunun "Kayserispor"la səfər oyununda (3:1) zədələnib.

Topuğundan xəsarət alan 27 yaşlı futbolçunun 3 həftə meydana çıxa bilməyəcəyi qeyd olunub. Bu isə o deməkdir ki, o, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda noyabrın 5-də "Qarabağ"la keçiriləcək görüşü buraxacaq.

Qeyd edək ki, "Sivasspor"un myedanında keçiriləcək oyun Bakı vaxtı ilə 21:55-də başlayacaq.