çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

“Boluspor” baş məşqçini istefaya göndərib

19.10.2020 14:14 Oxundu 458



Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" klubu  baş məşqçisi Ahmet Taşyürek istefaya göndərilib.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssislə uğursuz çıxışa görə yollar ayrılıb.

Qeyd edək ki, "Boluspor" 5 turdan sonra 1-ci Liqada cəmi 1 xal toplayıb və 18 kollektiv arasında 17-cidir.