19.10.2020 14:24
554
554

"Neftçi"nin konqolu futbolçusu Prins İbara koronavirusa yoluxub.
“CEMPİON.AZ” xəbər verir ki, 24 yaşlı hücumçudan götürülən test nümunələrinin cavabları müsbət çıxıb. Bu barədə Konqo mətbuatı məlumat yayıb. Oyunçunun milli komandanın düşərgəsində COVİD-19-a yoluxduğu bildirilib.
Qeyd edək ki, “Neftçi” İbaranı yay fasiləsində heyətinə cəlb edib.