çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

90 il sonra ilk...

19.10.2020 15:23 Oxundu 486


İngiltərənin “Aston Villa” klubu Premyer Liqaya ardıcıl 4 qələbə ilə başlayıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu, son 90 ildə Birminhem təmsilçisinin rekordudur.
“Aston Villa”nın ölkə çempionatına 4 qələbə ilə başlamasına sonuncu dəfə 1930/31 mövsümündə təsadüf olunub. Həmin vaxt birminhemlilər “Mançester Yunayted”i 4:3, “Şeffild Uensdey”i 2:0, “Vest Hem”i 6:1, “Qrimsbi”ni 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, V turda “Lester”ə bir qolla qalib gələn komanda bunadək “Şeffild Yunayted”i 1:0, “Fulhem”i 3:0, “Liverpul”u 7:2 hesabı ilə udub.