çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

“Yuve” Dibalanın müqaviləsini artırır?

19.10.2020 16:03 Oxundu 449


“Yuventus” futbolçusu Paulo Dibalanı komandada saxlamaq niyyətindədir.
 
“CEMPİON.AZ” “Tuttosport”a istinadən xəbər verir ki, Turin klubu yaxın vaxtlarda argentinalı hücumçunun müqaviləsini uzatmağı planlaşdırır.
 
26 yaşlı oyunçunun isə sözləşməsini yeniləmək istəyib-istəməməsi hələlik məlum deyil. Futbolçunun A Seriya klubu ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.
 
Qeyd edək ki, P.Dibala 2015-ci ildən “Yuventus”da oynayır.