çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

16 yaşlı futbolçuya 15 milyon verir - "Mançester Yunayted"

19.10.2020 22:32 Oxundu 470

"Mançester Yunayted" "Sportinq"in futbolçusu Luiş Qomeşi transfer etmək istəyir.

“CEMPİON.AZ” Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin 16 yaşlı yarımmüdafiəçi üçün 15 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Qeyd olunub ki, Qomeş Lissabon akademiyasının ən istedadlı oyunçularında biri sayılır.

Xatırladaq ki, "Sportina" portuqaliyalı oyunçu ilə 5 illik peşəkar müqavilə imzalayıb.

Əlavə edək ki, "Mançester Yunayted" tarixində bir neçə dəfə "Sportinq"in oyunçularını transfer edib. Bunlara Kriştiano Ronaldo , Nani və  Bruno Fernandeş daxildir .