çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

Kumana söydü…

19.10.2020 23:09 Oxundu 464


İspaniya La Liqasının VI turunda keçirilən “Xetafe” – “Barselona” oyununda xoşagəlməz hadisə yaşanıb.

 “CEMPİON.AZ” xəbər verir ki, birincilərin müdafiəçisi Allan-Romeo Nyom qonaq komandanın baş məşqçisi Ronald Kumanla mübahisə edib.
 
Əsəblərinə hakim ola bilməyən futbolçu rəqib çalışdırıcısına nalayiq ifadə işlətməkdən belə çəkinməyib. Niderlandlı mütəxəssis matçdan sonra qarşı tərəfdəki həmkarı Xose Bordalasa şikayət edib. Bordalas da öz növbəsində oyunçu ilə danışacağına söz verib. “Barselona” Nyomla bağlı rəsmi şikayət etməyi planlaşdırır.
 
Qeyd edək ki, “Xetafe” Xayme Matanın penaltidən vurduğu yeganə qol sayəsində “Barselona” üzərində 1:0 hesablı qələbə qazanıb.