çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

“İkinci karyeram haqda düşünməyə başlamalıyam”

20.10.2020 13:26 Oxundu 449

                                                                              
Müxtəlif illərdə iki dəfə ölkəmizdə “Qarabağ”ın formasını geyinmiş hücumçu İnnosent Emeqara karyerasını bitirdikdən sonra futboldan uzaqlaşacaq.

“CEMPİON.AZ” xəbər verir ki, İsveçrə millisinin sabiq oyunçusu tam başqa sahədə çalışmaq arzusunda olduğunu bildirib.
Nigeriya əsilli forvard səhiyyə sektorunda özünü sınayacağını söyləyib. Bu ay İsveçrənin “Vintertur” klubuna keçən 31 yaşlı futbolçu bir müddət də oynadıqdan sonra yeni peşəyə keçid edəcəyini deyib: “Artıq ikinci karyeram haqda düşünməyə başlamalıyam”.

Qeyd edək ki, İnnosent Emeqara 2014/15 və 2018/19 mövsümündə “Qarabağ”da çıxış edib.