20.10.2020 13:35
524


Avropa Liqasının İ qrupunda “Qarabağ”ın rəqiblərindən olan “Vilyarreal” yeni transferi Xuan Foytu təqdim edib.
“CEMPİON.AZ” klubun saytına istinadən xəbər verir ki, "Tottenhem"dən icarəyə götürülən argentinalı müdafiəçi ilə bu mövsümünün sonunadək müqavilə imzalanıb. O, yeni klubunda 8 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Foyt 2017-ci ildə "Estudiantes"dən “Tottenhem”ə transfer olunub.