çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

“Barsa” Pyaniçdən narazıdır

20.10.2020 14:44 Oxundu 469
 

"Barselona" bu yay "Yuventus"dan transfer etdiyi Miralem Pyaniçin fiziki formasından narazıdır.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə sport.es saytı məlumat yayıb. Bildirilib ki, 30 yaşlı yarımmüdafiəçi avqustda komandaya pis formada gəlib və hələ də məşq intensivliyində komanda yoldaşlarından əhəmiyyətli dərəcədə geri qalır.
Məşqçiləri korpusunun Pyaniçin tezliklə əvvəlki formasına qayıdacağına inanır, onun koronavirus səbəbindən bu vəziyyətdə ola biləcəyi başa düşür. Buna baxmayaraq, klub oyunçunun istirahət vaxtlarında kifayət qədər çalışmadığı qənaətindədir.
Bildirilib ki, Kataloniya təmsilçisinin baş məçqçisi Ronald Kuman Pyaniçi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Ferentsvaroş"la görüşdə meydana buraxmaq niyyətindədir ki, o, "Real"la oyuna kimi formaya düşsün.

Qeyd edək ki, Pyaniç bu mövsüm 2 matçda 27 dəqiqə oynayıb.