çərşənbə, 13 avqust 2025

BİZİM FUTBOL

“Makkabi”nin məşqçisi texniki zonada olmayacaq

20.10.2020 15:04 Oxundu 470

 


"Makkabi"nin (Təl-Əviv) baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsində 1-ci turunda "Qarabağ"a qarşı matçında texniki zonada ola bilməyəcək.

“CEMPİON.AZ” xəbər verir ki, buna səbəb onun Çempionlar Liqasının pley-off mərhələsində "Zalsburq"la cavab oyunundam (1:3) cəzalı olmasıdır. Yunanıstanlı mütəxəssis sözügedən görüşdə texniki zonadan qovulub. Buna görə o, "Qarabağ"la matçı tribunadan izləməli olacaq.

Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.