20.10.2020 16:45
429


Portuqaliya yığmasının müdafiəçisi Pepe karyerasını bitirmək niyyətində deyil.
“CEMPİON.AZ” xəbər verir ki, “Porto” klubu 37 yaşlı futbolçunun çıxışından məmnundur.
Bu səbəbdən rəhbərlik ona mövsümün sonuna qədər olan müqavilə müddətini daha bir il uzatmağı təklif edib. “Porto” rəsmiləri hesab edir ki, hazırda yaxşı formada olan Pepe ən azı gələn mövsüm də komandaya xeyir verə bilər. Elə ulduz futbolçu özü də klubda qalmağın əleyhinə deyil.
Qeyd edək ki, 2019-cu ildən “Porto”da çıxış edən Pepe ora keçməzdən əvvəl 10 il İspaniyanın “Real” klubunun formasını geyinib.