çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

“Barsa”dan darmadağın, PSJ məğlub oldu...

21.10.2020 11:00 Oxundu 534


Bu gün Çempionlar Liqasında 2020/21 mövsümünün qrup mərhələsinə start verilib.
 
“CEMPİON.AZ” xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarının oyunları keçirilib.
 
G qrupunda “Yuventus” səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Qrupun digər oyununda “Barselona” Macarıstanın “Ferentsvaroş"unu darmadağın edib - 5:1.
 
Günün maraqla gözlənilən digər qarşılaşması H qrupunda olub. Burada PSJ və “Mançester Yunayted” klubları üz-üzə gəlib. Matç İngiltərə təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1. Qrupun digər oyununda Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” “Leyptsiq”in qonağı olub və uduzub - 0:2.
 
Qeyd edək ki, qrup mərhələsinin digər oyunları sabah keçiriləcək.


20 oktyabr
 
UEFA Çempionlar Liqası

Qrup mərhələsi



F qrupu

20:55 "Zenit" (Rusiya) – "Brügge" (Belçika) - 1:2
Qollar: Dennis, 63 (0:1), Horvath, 74-avtoqol (1:1), Ketelaere, 90+3 (1:2)

23:00 "Latsio" (İtaliya) – "Borussiya" (Dortmund, Almaniya) - 3:1
Qollar: İmmobile, 6 (1:0), Hitz, 23-avtoqol (2:0), Holand, 71 (2:1), Akpa-Akpro, 76 (3:1)

 

1
Latsio 1 1 0 0 3 1 3
2 Brügge 1 1 0 0 2 1 3
3 Zenit 1 0 0 1 1 2 0
4 Borussiya Dortmund 1 0 0 1 1 3 0


G qrupu

20:55 "Dinamo" (Kiyev, Ukrayna) – "Yuventus" (İtaliya) - 0:2
Qollar: 
Morata, 46, 84

23:00 "Barselona" (İspaniya) – "Ferentsvaroş" (Macarıstan) - 5:1
Qollar: Messi, 27-pen (1:0), Fati, 42 (2:0), Koutinyo, 52 (3:0), Kharatin, 70-pen (3:1), Pedri, 82 (4:1), Dembele, 89 (5:1)
Qırmızı vərəqə: Pike, 68 ("Barselona")

 
1 Barselona 1 1 0 0 5 1 3
2 Yuventus 1 1 0 0 2 0 3
3 Dinamo Kiyev 1 0 0 1 0 2 0
4 Ferentsvaroş 1 0 0 1 1 5 0

 

E qrupu

23:00 "Renn" (Fransa) – "Krasnodar" (Fransa) - 1:1
Qollar: 
Qirassi, 56-pen (1:0), Ramires, 59 (1:1)

23:00 "Çelsi" (İngiltərə) – "Sevilya" (İspaniya) - 0:0


 
1 Krasnodar 1 0 1 0 1 1 1
2 Renn 1 0 1 0 1 1 1
3 Çelsi 1 0 1 0 0 0 1
4 Sevilya 1 0 1 0 0 0 1



H qrupu

23:00 PSJ (Fransa) – "Mançester Yunayted" (İngiltərə) - 1:2
Qollar: 
Fernandes, 24-pen (0:1), Marsial, 55-avtoqol (1:1), Reşford, 87 (1:2)

23:00 "Leyptsiq" (Almaniya) – "Başakşəhər" (Türkiyə) - 2:0
Qollar: Angelino, 16, 20

 
1 Leyptsiq 1 1 0 0 2 0 3
2 Mançester Yunayted 1 1 0 0 2 1 3
3 PSJ 1 0 0 1 1 2 0
4 Başakşəhər 1 0 0 1 0 2 0

21 oktyabr

A qrupu
20:55. "Zalsburq" (Avstriya") - "Lokomotiv" (Moskva, Rusiya)
23:00. "Bavariya" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya)
B qrupu
20:55. "Real" (Madrid, İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
23:00. "İnter" (İtaliya) - "Borussiya" (Münhenqladbax, Almaniya)
C qrupu
23:00. "Mançester Siti" (İngiltərə) - "Portu" (Portuqaliya)
23:00. "Olimpiakos" (Yunanıstan) - "Marsel" (Fransa)
D qrupu
23:00. "Ayaks" (Niderland) - "Liverpul" (İngiltərə)
23:00. "Midtyulland" (Danimarka) - "Atalanta" (İtaliya)