cümə axşamı, 14 avqust 2025

DÜNYA FUTBOLU

Özil fevrala qədər oynamayacaq

21.10.2020 16:52 Oxundu 423

 
“Arsenal”ın futbolçusu Mesut Özil fevral ayınadək London təmsilçisinin rəsmi matçlarına çıxamayacaq.
 
“CEMPİON.AZ” Britaniya məbuatına istinadən xəbər verir ki, baş məşqçi Mikel Arteta türk əsilli alman oyunçuya şans vermək niyyətində deyil.

Ona görə də 31 yaşlı yarımmüdafiəçi  “topçular”ın Premyer Liqa üçün təqdim edilən 25 nəfərlik iştirak ərizəsində yer almayıb. Daha öncə Avropa Liqası üçün heyətə alınmyana Özil fevral ayınadək “Arsenal” forması ilə rəsmi matçlara çıxa bilməyəcək.
 
Qeyd edək ki, Özil 2013-cü ildən “Arsenal”ın heyətində iştirak etdiyi 271 matçda 47 qol vurub və 75 qolun ötürməsini verib.