cümə axşamı, 14 avqust 2025

DÜNYA FUTBOLU

Mecnun Otyakmaz: “Qrupdan çıxmaq istəyirik”

21.10.2020 17:08 Oxundu 433
 

"Bu gün İspaniyaya gedirik. ölkəmizi avrokubokda təmsil etdiyimiz üçün həyəcanlıyıq".

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri Türkiyənin "Sivasspor" klubunun prezidenti Mecnun Otyakmaz Avropa Liqasının qrup mərhələsinin "Vilyarreal"a qarşı keçiriləcək oyun haqda danışarkən deyib.

O, İspaniya səfəri zamanı yerli mətbuata açıqlamasında "Vilyarreal"ı qrupun favoriti adlandırıb və digər üç komandanın eyni gücdə olduğunu bildirib: "Etdiyimiz transferlərlə ötən mövsümdəkindən daha yaxşı komanda qurduq. Komandada bir az uyğunlaşma problemi var. Səfərdən xalla qayıda biləcəyimizə ümid edirəm. Təbii ki, qrupdan çıxmaq istəyirik. "Vilyarreal" birinci səbətdə olduğu üçün favoritdir. Digər üç komandanın bir-biriləri ilə eyni gücdə olduğunu düşünürəm. Qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanmaq niyyətindəyik".
Qeyd edək ki, sabah "Sivasspor" "Vilyarreal"ın, "Qarabağ" isə "Makkabi"nin qonağı olacaq. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.