cümə axşamı, 14 avqust 2025

DÜNYA FUTBOLU

“Real” “Şaxtyor”a, “Liverpul” “Ayaks”a qarşı

21.10.2020 17:42 Oxundu 522

 
Bu gün Çempionlar Liqasında növbəti oyunlar keçiriləcək.

“CEMPİON.AZ” xəbər verir ki, I tur çərçivəsində daha 8 matç baş tutacaq.
Qitənin ən nüfuzlu klub turnirində 16 komanda da mübarizəyə qoşulacaq. Turnirin son qalibi “Bavariya” Almaniyada “Atletiko” ilə görüşəcək. A qrupunda keçiriləcək digər qarşılaşmada “Zalsburq” “Lokomotiv”i qəbul edəcək.

B qrupunda yer alan Çempionlar Liqasının ən titullu komandası “Real” Madriddə “Şaxtyor”la, “İnter” Milanda “Borussiya” (Mönhenqladbax) ilə üz-üzə gələcək.
C qrupunun favoriti “Mançester Siti” “Porto”nu sınağa çəkəcək. “Marsel” “Olimpiakos”un qonağı olacaq.
İngiltərə çempionu “Liverpul” Niderland səfərində “Ayaks”la üz-üzə gələcək. Danimarkada baş tutacaq qarşılaşmada “Midtülland” “Atalanta” ilə görüşəcək.
Qeyd edək ki, ilk turun 8 oyunu oktyabrın 21-də keçirilib.

Çempionlar Liqası
Qrup mərhələsi, I tur
21 oktyabr
A qrupu
20:55. “Zalsburq” (Avstriya) – “Lokomotiv” (Moskva, Rusiya)
23:00. “Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya)

B qrupu
20:55. “Real” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna)
23:00. “İnter” (İtaliya) – “Borussiya” (Mönhenqladbax, Almaniya)

C qrupu
23:00. “Mançester Siti” (İngiltərə) – “Porto” (Portuqaliya)
23:00. “Olimpiakos” (Yunanıstan) – “Marsel” (Fransa)

D qrupu
23:00. “Ayaks” (Niderland) – “Liverpul” (İngiltərə)
23:00. “Midtülland” (Danimarka) – “Atalanta” (İtaliya)