çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

Jurnalist Fati haqqında bunları dedi...

22.10.2020 14:29 Oxundu 450


"Barselona"nın futbolçusu Ansu Fati İspaniyada bir jurnalistin irqçi ifadəsinə məruz qalıb.

“CEMPİON.AZ” İspaniya mətbuatına istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Ferentsvaroş"a 5:1 hesabı ilə qalib gəldikləri matçda 1 qol vurub və 1 qolun ötürməsini verən 17 yaşlı hücumçu ilə bağlı ABC qəzetində görüşü şərh edən jurnalist Salvador Sostres bu sözləri yazıb:

"Ansu bir ceyran kimi qaçır. Qrasia küçəsində polisdən qaçarkən su satdığını söyləyən qara uşaqlar kimi qaçır".

"Mundo Deportivo" nəşri yazıb ki, "Barselona" buna görə ABC nəşrini və jurnalisti məhkəməyə verəcək.