çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

“Mançester Siti”nin futbolçusu zədələndi

22.10.2020 15:22 Oxundu 504


Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Portu" ilə matçda (1:3) zədələnən "Mançester Siti"nin futbolçusu Fernandinyonun durumu ciddidir.

“CEMPİON.AZ” Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola məlumat verib. O, 84-cü dəqiqədə meydanı tərk etməli olan 35 yaşlı yarımmüdafiəçinin 6-8 həftə oynamayacağını bildirib.

Qeyd edək ki, "Mançester Siti"də Kevin de Brüyne, Qabriel Jesus, Nathan Ake, Benjamin Mendi və Emerik Lyaport da zədədən əziyyət çəkir.