çərşənbə, 13 avqust 2025

BİZİM FUTBOL

Axşam Bədavi meydana çıxmayacaq

22.10.2020 15:28 Oxundu 483

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Makkabi" ilə səfər oyunu öncəsi ciddi itki ilə üzləşib.

“CEMPİON.AZ” xəbər verir ki, komandanın müdafiəçisi Bədavi Hüseynov Təl-Əvivdə məşq zamanı zədələnib. Bu səbəbdən o, bu gün keçiriləcək matçı buraxacaq.

Qeyd edək ki, “Blumfild” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.