çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

Alman klubunda koronavirus şoku

22.10.2020 15:43 Oxundu 465

 

Bundesliqa təmsilçisi "Verder"in bir futbolçusu koronavirusa yoluxub.

“CEMPİON.AZ” klubun saytına istinadən xəbər verir ki, adı açıqlanmayan bir oyunçunun koronavirus testi müsbət çıxıb. Digər oyunçularda isə koronavirus aşkarlanmayıb.

Testi müsbət çıxan şəxsin yaxşı olduğu və karantinə alındığı bildirilib. Klubun tibbi heyətinin qərarına əsasən, cümə günü növbəti testin nəticəsi açıqlanana qədər bütün futbolçular və məşqçi heyəti karantində olacaq.

Qeyd edək ki, “Verder” Bundesliqanın 5-ci  turunda bazar günü “Hoffenhaym”ı qəbul edəcək.