çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

Vinisiusdan rekord…

22.10.2020 16:20 Oxundu 532

"Real"ın futbolçusu Vinisius Junior Çempionlar Liqasında yeni rekorda imza atıb.

“CEMPİON.AZ” "Opta Sport"a istinadən xəbər verir ki, 20 yaşlı hücumçu buna ÇL-in qrup mərhələsinin ilk turunda evdə Ukrayna "Şaxtyor"una qarşı matçda nail olub. Belə ki, o,  59-cu dəqiqədə meydana daxil olduqdan 15 saniyə sonra rəqib qapısına qol vurub. Bu, rəsmi statistikanın qeydə alınmağa başladığı 2006/2007 mövsümündən indiyə kimi rekord göstəricidir.

Qeyd edək ki, sözügedən görüş Donetsk təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.