çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

Ronaldo oynamayacaq - “Barsa”ya qarşı

22.10.2020 16:26 Oxundu 548

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Barselona" ilə oyunu  buraxacaq.

“CEMPİON.AZ” "Marca"ya istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun növbəti koronavirus testi də müsbət çıxıb. UEFA-nın protokoluna görə, Kataloniya təmsilçisi ilə görüşdə iştirak etmək üçün 35 yaşlı oyunçunun matçın başlama vaxtından bir həftə əvvəlki testi mənfi çıxmalı idi.

Xatırladaq ki, Ronaldo oktyabrın 13-ü koronavirusa yoluxub.

Qeyd edək ki, "Yuventus" - "Barselona" qarşılaşması oktyabrın 28-i keçiriləcək.