çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

Qattuzonun koronavirus qorxusu

22.10.2020 16:56 Oxundu 497


"Napoli"nin baş məşqçisi Cennaro Qattuzo koronavirus səbəbindən daha çox oyunçunun xidmətindən məhrum olmaqdan ehtiyatlanır.

“CEMPİON.AZ” "Football İtalia"ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis buna görə futbolçularına bəzi tövsiyələr verib. O, oyunçularından nahar üçün evdən çıxmamağı və ictimai yerlərdə azarkeşlərə yaxınlaşmamağı istəyib.

Qeyd edək ki, "Napoli"də Petr Zelinski və Elif Elmasın koronavirus testi müsbət çıxıb.

Əlavə edək ki, "Napoli" bu gün Avroliqanın qrup mərhələsinin 1-ci turunda "AZ Alkmaar"la qarşılaşacaq.