çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

Həftənin ən yaxşısı adına namizədlər

23.10.2020 11:12 Oxundu 527

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

“CEMPİON.AZ” UEFA-nın saytına istinadən xəbər verir ki, namizədlər arasında “Qarabağ”la I qrupunda yer alan “Vilyarreal”ın futbolçusu Takfuso Kubo da var. O, “Sivasspor”la qarşılaşmada 1 qol və 2 qol ötürməsi edib.

Digər namizədlər isə Yusuf Yazıçı ("Lill"), Darvin Nunes (“Benfika) və “Lester”dən Keleçi İhinaçodur.

Azarkeşlər UEFA-nın saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.