çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

Rza Çalımbay: “Vilyarreal”  oyunun cavab matçı da var"

23.10.2020 12:05 Oxundu 504

"Çox gözəl oyun oldu. Seyr edənlər mütləq zövq alıblar. Müdafiədə çox böyük şanssızlıq yaşadıq. Amma heç ruhdan düşmədik”.

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Vilyarreal”a 3:5 hesabı ilə məğlub olan “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay oyundan sonra mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis qarşıdakı “Makkabi” və “Qarabağ”la oyunlarda qələbə qazanacaqlarına inandığını bildirib: “Bu oyunun cavab matçı da var. Oyunu səbirsizliklə gözləyirik. Ümid edirəm ki, onda daha yaxşı oynayacağıq. Bu oyunu təkcə özümüz üçün deyil, həm də Türkiyə üçün oynadıq. Futbolçulara inanıram, qarşıdakı oyunlardan xallar qazanacağıq. Qrupun qarşıdakı iki oyunundan qələbə ilə ayrılacağımıza inanıram”.

Qeyd edək ki, "Sivasspor" oktyabrın 29-da "Makkabi"ni (Təl-Əviv) noyabrın 5-də isə "Qarabağ"ı qəbul edəcək.