çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

İnfantino:Qətərdəki turnir keçiriləcək

23.10.2020 12:51 Oxundu 499

FİFA-nın prezidenti Canni İnfantino koronavirus pandemiyasının 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatına təsir etməyəcəyini bildirib.

“CEMPİON.AZ” "Sky Sports"a istinadən xəbər verir ki, qurum başçısı mundialın istənilən halda keçiriləcəyini deyib: “Bizim ehtiyat planımız yoxdur. Qətərdəki turnir keçiriləcək. Bizim koronavirusla bağlı vəziyyəti nəzarətə götürmək üçün vaxtımız var”.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçirilməlidir.