çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

“Liverpul”da Kulibali ilə maraqlanır

23.10.2020 17:53 Oxundu 547

 “Napoli”nin müdafiəçisi Kalidu Kulibali daha bir klubun maraq dairəsinə düşüb.

“CEMPİON.AZ” xəbər verir ki, seneqallı futbolçu İngiltərədən növbəti təklifi alıb.

“Mançester Siti” və “Mançester Yunayted”dən sonra “Liverpul” da 29 yaşlı oyunçunu heyətinə qatmaq fikrinə düşüb. Həmçinin PSJ-nin də izlədiyi Kulibali üçün “Liverpul” 70-75 milyon avro ödəməyə hazırdır. Bu isə Neapol klubunun tələb etdiyi məbləğdir. “Qırmızılar” zədə səbəbindən uzun müddət komandadan ayrı qalacaq Vircil van Deykin boşluğunu onunla doldurmaq niyyətindədir.

Qeyd edək ki, Kalidu Kulibali 2014-cü ildən “Napoli”də çıxış edir.