çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

Runi məşqçi olacaq?

23.10.2020 23:57 Oxundu 463

 “Derbi Kaunti”nin hücumçusu Ueyn Runi tezliklə baş məşqçiliyə başlaya bilər.

“CEMPİON.AZ” xəbər verir ki, 35 yaşlı forvardın komandasını çalışdırması variantı yaranıb.

Mövsümə uğursuz nəticələrlə start götürən “Derbi Kaunti” Çempionşipin VII turunda “Nottingem Forest”ə də məğlub olarsa, hazırkı baş məşqçi Filipp Koku istefaya göndəriləcək. Rəhbərlik belə olan təqdirdə bu postu Runiyə tapşırmağı planlaşdırır. Yeganə problem İngiltərə millisinin sabiq forvardının UEFA məşqçi lisenziyasının olmamasıdır.

Qeyd edək ki, Ueyn Runi “Derbi Kaunti”yə bu ilin yanvarında ABŞ-ın “Di Si Yunayted” klubundan keçib.