çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

La Liqanın prezidenti Messi haqqında danışıb

24.10.2020 14:22 Oxundu 417

 “Uzun illər onun oyunundan zövq aldıq. Amma bundan sona Messi özü nə edəcəyini düşünməlidir. O, “Barselona”nı tərk edərsə, nüfuzu zərər görər”.

“CEMPİON.AZ” İspaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri La Liqa-nın prezidenti Xavier Tebas Lionel Messinin “Barselona”dan getmək ehtimalından  danışarkən  deyib. O,  33 yaşlı hücumçunun Kataloniya klubundan gedişinin turnir üçün dramolacayacağını vurğulayıb:

“Messi komandadan getsə, bu, bizim üçün dram olmayacaq. Ronaldo “Yuventus”a, Neymar PSJ-yə getdi. Liqa 1 və ya  A Seriyasının məhz buna görə ən yüksək səviyyəyə çatdığını düşünmürəm. Bu, reallıqdır. Futbolçuların çempionluğu müəyyənləşdirdiyini düşününən insanlar səhv edirlər”.