çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

Dibala “Yuve”nin təklifini qəbul eləmədi

24.10.2020 16:49 Oxundu 464

 

“Yuventus” futbolçusu Paulo Dibala ilə müqaviləni yeniləməklə bağlı apardığı danışıqları dayandırıb.

“CEMPİON.AZ”  “Tuttosport”a istinadən xəbər verir ki, tərəflər yeni müqavilənin bir neçə bəndində razılığa gələ bilməyib.

Bundan əlavə, 27 yaşlı hücumçu ilə “Çelsi”ni yaxından maraqlandığı bildirilib.

Argentinalı oyunçunun Turin klubu ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayında başa çatır.

Qeyd edək ki, Dibala 2015-ci ildən “Yuventus”da çıxış edir.