çərşənbə, 13 avqust 2025

BİZİM FUTBOL

Elmar Baxşıyev: “İlk 20 dəqiqəni yaxşı keçirdik”

24.10.2020 21:27 Oxundu 439


“Futboldan yox, Ordumuzdan və qazandığı uğurlardan danışmaq istəyirəm. Bu, bizləri sevindirir. İnanırıq ki, millətimizi hər gün sevindirəcəklər və bizim torpaqlarımızı geri alacaqlar. Qəlblə və ürəklə onların yanındayıq. Allahdan onlara dua edirik, şəhidlərimizə Allah rəhmət eləsin".

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 7-ci turunda bu gün "Səbail"lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib: "Fərqli hissələr izlədik. Ümumi götürəndə komandanın nümayiş etdirdiyi oyunundan məmnunam. Futbolçular görmək istədiyim oyunu göstərir. Sadəcə, epizodları dəyərləndirməkdə çətinlik çəkirik. İnanıram ki, qarşıdakı matçlarda bunları da aradan qaldırıb qələbələrimizi qazanacağıq. Hər oyunda 4-5 yüzfaizli qol imkanları yaradırıq. Psixoloji təzyiqi hiss etmirik. Komanda bunu yaradırsa, deməli, hər şey qaydasındadır. Həmin epizodlarda bir az soyuqqanlılıq çatmır. İnanıram ki, bu da qaydasına düşəcək. Oyunu hissələrə böldüm. İlk 20 dəqiqəni yaxşı keçirdik, ilk yarının davamı və ikinci hissənin əvvəli oyunumuz bir az qaydasında getmədi. Sonra futbolçular toparlandı və öz oyunumuzu nümayiş etdirməyə başladılar”.