cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Cüdoçumuz qızıl medal qazandı

24.10.2020 21:46 Oxundu 373

 

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

“CEMPİON.AZ” xəbər verir ki, 61 ölkədən 409 cüdoçunun mübarizə apardığı, Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda 73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

O, Monqolustan, Bolqarıstan, Rusiya, İsveç təmsilçilərinə qalib gələrək finala çıxıb. R.Orucov qızıl medal uğrunda qarşılaşmada İsveçrə nümayəndəsi Nils Stampı məğlub edib. Cüdoçumuz qələbədən sonra əsgər salamı verib.

Qeyd edək ki, bu gün Budapeştdə Telman Vəliyev, Hidayət Heydərov və Murad Fətiyev də tatami üzərinə çıxıblar. Cüdoçularımız ilkin mərhələlərdə məğlub olublar. Turnirin ilk günü isə Orxan Səfərov millimizə bürünc medal qazandırıb.