cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

24.10.2020 23:43 Oxundu 388


Ukrayna Premyer Liqasında 7-ci turun oyunları keçirilib.
 
“CEMPİON.AZ” xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
“Aleksandriya” 7 turdan sonra 9 xalla 14 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.