şənbə, 20 aprel 2024

DİGƏR NÖVLƏR

Həbib son döyüşündə də qələbə qazandı

25.10.2020 10:32 Oxundu 732

UFC çempionu Həbib Nurmaqomedov Castin Geyci ilə üz-üzə gəlib.

“CEMPİON.AZ” xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Döyüş adası"nda keçirilən görüşün ikinci raundunda Nurmaqomedov rəqibini  boğucu fəndlə məğlub edib.

Beləliklə, 32 yaşlı idmançı yüngül çəki dərəcəsində UFC çempionu titulunu qoruyub. Eləcə də bu, Həbibin peşəkar karyerasında keçirdiyi 29-cu döyüş olub. o, həmin görüşlərin hər birində qələbə qazanıb.

Bundan əlavə, Nurmaqomedov sözügedən döyüşdən sonra MMA-dan getdiyini elan edib. O, mətbuata açıqlamasında anasına son döyüşünü keçirdiyini deyərək, söz verdiyi üçün belə bir addım atdığını vurğulayıb.