cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

“M Yunayted” “Çelsi” ilə bacarmadı, “Liverpul” qələbə qazandı

25.10.2020 10:50 Oxundu 376


İngiltərə Premyer Liqasında 6-cı turun oyunları keçirilir.

“CEMPİON.AZ” xəbər verir ki, “Mançester Siti” London Olimpiya Stadionunda “Vest Hem”in qonağı olub. Matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.
“Fulhem” isə doğma meydanda “Kristal Pelas”ı qəbul edib və məğlub olub- 1:2.
“Mançeser Yunayted” “Old Trafford”da “Çelsi” ilə qarşılaşıb. Görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılara qol vurulmayıb- 0:0.
“Liverpul” “Enfil”də “Şeffild Yunayted”i qəbul edib. Yurgen Kloppun kollektivi 2:1 hesabı ilə qalib gələrək, matçdan 3 xalla ayrılan tərəf olub.

İngiltərə Premyer Liqası, 6-cı tur

“Vest Hem” – “Mançester Siti” 1:1
Qollar: Antonio, 18 (1:0), Foden, 51 (1:1)
“Fulhem” – “Kristal Pelas” 1:2
Qollar: Rieduold, 8 (0:1), Zaha, 64 (0:2), Keirney, 90+5 (1:2)

“Mançester Yunayted” – “Çelsi” 0:0
“Liverpul” – “Şeffild Yunayted” 2:1
Qollar: Bergi, 13 (0:1), Firmino, 41 (1:1), Yota, 64 (2:1)