çərşənbə, 13 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ” “Zirə”ilə bacarmadı, “Sumqayıt” ilk pillədə

26.10.2020 01:39 Oxundu 427

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.

“CEMPİON.AZ” xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. “Sabah” doğma meydanda “Sumqayıt”a 1:2 hesabı ilə uduzub. Bu qələbə ilə "Sumqayıt" yenidən liderliyə yüksəlib .
Turun son qarşılaşmasında isə “Qarabağ” “Zirə”nin qonağı olub. Görüş qolsuz bərabərliklə başa çatıb. Bu, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun futbolçu karyerası ərzində uzun illər oynadığı "Qarabağ"a qarşı ilk matçı olub.

Azərbaycan Premyer Liqası, 7-ci tur
25 oktyabr
16:00.“Zirə” - “Qarabağ” - 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Əliyar Ağayev
Qırmızı vərəqə: Rahil Məmmədov, 68-iki sarı vərəqə ("Qarabağ")
Zirə İdman Kompleksinin stadionu

14:00.“Sabah” - “Sumqayıt” - 1:2
Qol: Qurbani, 27 (0:1), İmamverdiyev, 64 (1:1), Abdullazadə 90+5 (1:2)  
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Bank Respublika Arena
24 oktyabr
“Keşlə” - “Neftçi” - 0:1

“Qəbələ” - “Səbail” - 1:1

 
N Klublar O Q H M T-F X
1 Sumqayıt 7 4 2 1 11-7 14
2 Neftçi 7 4 1 2 7-6 13
3 Zirə 7 3 2 2 8-8 11
4 Qarabağ 6 2 3 1 8-4 9
5 Keşlə 7 2 3 2 6-5 9
6 Sabah 7 2 0 5 7-9 6
7 Səbail 6 1 2 3 7-9 5
8 Qəbələ 7 0 5 2 4-10 5


Bombardirlər:
Əli Qurbani ("Sumqayıt") - 6 qol
Namiq Ələsgərov ("Neftçi") - 5 qol
Davit Volkov ("Zirə") - 4 qol
Mahir Emreli ("Qarabağ") - 2 qol
Ovusu Kvabena ("Qarabağ") - 2 qol
Ramil Şeydayev ("Sabah") - 2 qol
Rauf Əliyev ("Səbail") - 2 qol
Klesio Bauk ("Zirə") - 2 qol
Silvio Rodriqes ("Keşlə") - 2 qol