cümə axşamı, 14 avqust 2025

DÜNYA FUTBOLU

Yulian Naqelsman “Mançester siti”yə gələ bilər

26.10.2020 12:02 Oxundu 473

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

“CEMPİON.AZ” "Daily Mail"ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 49 yaşlı mütəxəssisin komandada qalmasını istəyir. Klub onunla 2021-ci ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmaqda istəklidir. Ancaq Qvardiola gələcəyi ilə hələ qərarını verməyib.

Bildirilib ki, baş məşqçi klubdan ayrılacağı təqdirdə, "Mançester Siti" onu əvəzləyəcək şəxsi müəyyənləşdirib. Mançester klubu "Leyptsiq"in 33 yaşlı çalışdrıcısı Yulian Naqelsmannı Qvardiolanın əvəzləyicisi hesab edir. Namizədlərdən birinin  də Maurisio Poçettino olduğu vurğulanıb.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.