çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

“Real”ı tərk edir?

26.10.2020 15:05 Oxundu 480

 
“Real”ın kapitanı Serxio Ramos komandanı tərk edə bilər.
 
“CEMPİON.AZ” AS-a istinadən xəbər verir ki, “kral klubu” 34 yaşlı müdafiəçi ilə müqaviləsini 1 illik uzatmaq istəyir. Ramos isə Madrid təmsilçisindən 2 illik sözləşmə imzalanmasını tələb edir.
 
Tərəflər razılaşmayacağı təqdirdə ispaniyalı oyunçunun “Real”dan ayrılacağı gözlənilir.
 
Futbolçunun La Liqa klubu ilə hazırkı müqaviləsinin müddəti isə 2021-ci ilin yayında başa çatır.
 
Qeyd edək ki, Ramos 2005-ci ildən “Real”da çıxş edir.